18 Yanvar 2021 09:52
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.

Teleqraf.com-un xəbərinə görə, artıq yanvarın 15-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Bu gün - yanvarın 18-də isə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

İclasın gündəliyinə isə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.


Müəllif: Teleqraf.com