Kəşmir başda olmaqla, Türkiyə-Pakistan əməkdaşlığı təkcə ikitərəfli məsələlərlə məhdudlaşmır, Qarabağ məsələsində üç dövlət bir ürək olduq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
"Pakistanlı qardaşlarımızın "üç dövlət, bir ürək" anlayışı ilə Azərbaycan türkünün haqlı mübarizəsinə dəstək verməsi bizim üçün çox mənalı və qiymətlidir, - Akar qeyd edib.
Onun sözlərinə görə, Türkiyə ilə Pakistan coğrafi baxımdan uzaq olsa da, qardaşlıq bağları sayəsində çox yaxındır.