1 Fevral 2021 16:18
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Məşğulluq haqqında” Qanununda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Komitə sədri bildirib ki, qanunvericiliyə əsasən şəhid ailələri 20, Qarabağ əlilləri isə 15 istiqamətdə qayğı ilə əhatə olunub: “44 günlük müharibə və sonrakı dövrdə Qarabağ şəhid və əlillərinə xalqımızın, dövlətimizin qayğısı artmışdı. Təsadüfi deyil ki, müharibə bitdikdən 1 gün sonra, noyabrın 11-də Ali Baş Komandan İlham Əliyev ilk ziyarətini hərbi hospitalda yaralı olan əsgərlərə baş çəkməklə həyata keçirdi. Bu faktiki olaraq dövlətin şəhid və əlillərə qayğısının münasibəti idi. Həmçinin Prezident şəhid ailələrinin evlə təmin edilməsi, problemlərinin həlli, YAŞAT Fondunun yaradılması, icra qurumları daxilində bu kateqoriyadan olan insanlarla işləmək üçün əlavə iş şatatının açılması haqda qərarlar vermişdi”.

Komitə sədri əlavə edib ki, müzakirəyə çıxarılan qanuna edilən dəyişikliklər də prezidentin bu istiqamətdə gördüyü işlərin məntiqi davamı, daha çox bu kateqoriya insanların məşğulluğunun həlli ilə bağlıdır: “Qanunda xüsusi kateqoriya insanlara 5 faiz kvota ayrılıb ki, onlar işlə təmin edilir. Şəhid ailələri və əlillər bu kateqoriyaya daxildir. Özünə məşğulluq məsələsində şəhid ailələrinə kömək edilməsi qanunda öz əksini tapıb”.


Müəllif: Nemət

Oxşar xəbərlər