24 Fevral 2021 17:21
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibə dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı ballistik raketlərdən, qadağan olunmuş silahlardan istifadə olunub. Mülki əhaliyə qarşı bu cür qadağan olunmuş və kütləvi insan ölümünə yol aça biləcək silahların istifadəsi beynəlxaq konvensiyalara əsasən qadağan edilib. Bütün beynəlxalq hüquq normaları Ermənistan tərəfindən dəfələrlə pozulub. Azərbaycana, onun mülki obyektlərinə qarşı dağıdıcı silahlardan, kütləvi insan ölümünə səbəb olacaq bombalardan istifadə olunması təsdiqini tapıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə ermənilər Gəncəyə, Bərdəyə, Tərtərə insanların sıx yaşadığı ünvanlara davamlı raket hücumları edib: “Bunu bir sıra beynəlxalq təşkilatlar da öz hesabatlarında təsdiqləyib.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan iqtidara qarşı bir çox ittihamlar irəli sürüb. O, iqtidara "44 günlük müharibə dövründə niyə erməni ordusu “İsgəndər” raketlərindən yaşayış məntəqələri əvəzinə, Azərbaycanın neft-qaz infrastrukturuna qarşı istifadə edilməyib?" sualı ilə müraciət edib. Əslində S.Sərkisyan da bu açıqlaması ilə ölkəsinin qadağan olunmuş silahlardan istifadəsini açıq şəkildə təsdiqləyib.

Nikol Paşinyanın isə raketdən istifadə olunduğunu, amma onun açılmadığını əsas gətirərək, özündən əvvəlki ölkə rəhbərlərini günahlandırması ayrı bir faktdır. Bu raketlər texniki və digər səbəblərdən açılmaya bilər. Əsas fakt erməni tərəfinin bundan istifadə etməsidir. Bu faktı özləri təsdiqləyirlər. Paşinyan da özünü vəziyyətdən çıxarmaq üçün istədiyi sözü danışa bilər. Reallıq odur ki, bütün dünya ictimiyyəti bunu bildi. Azərbaycana qarşı 44 günlük müharibədə Ermənistanın istifadə etdiyi raketlərlə bağlı faktlar ümumiləşdirilib beynəlxalq məhkəmələrə tədim olunacaq”.

Deputat Ermənistanda indiki və ondan əvvəlki hakimiyyət rəhbərlərinin səsləndirdiyi fikirlərin özlərini vəziyyətdən çıxarmağa hesablandığını bildirib:

“Ermənistanın Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadəsi və 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərdəki dağıntılarla bağlı beynəlxalq məhkəmlərə müraciətlər ediləcək. Cənab Prezidentin bununla bağlı fikirləri də ortadadır. Artıq beynəlxalq səviyyədə Ermənistan hərbi-siyasi rəhbərliyi buna cavab verməli olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər