26 Fevral 2021 12:53
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

“29 il əvvəl Xocalıda xaincəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Feysbuk səhifəsində yazıb.

“İllər keçsə də, ağrısını unuda bilməyəcəyimiz, kədərini təkrar-təkrar yaşadığımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən, qəddarlıqla qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Bir millət, iki dövlətik. Türkiyə olaraq, haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”, - Türkiyə lideri qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər