Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə təbrik mesajı verib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan insanları baharın müjdəçisi, sülh və qardaşlığın rəmzi olan Novruz bayramı münasibətilə təbrik edib:
“Orta Asiyadan Anadolu və Balkanlara qədər böyük coğrafiyada min illərdir coşquyla qeyd olunan Novruzun göstərdiyi birlik və həmrəyliyin bütün dünyada kök atmasını və daimi olmasını istəyirəm.
Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün çiçəklənən, ədalətli və güvənli gələcək qurmağı davam etdirəcəyik. Novruzun əziz millətimiz və bütün bəşəriyyətə bərəkət və müjdələr gətirəcəyinə inanıram”.