24 Mart 2021 14:36
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Otuz il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib.

“Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, 30 il ərzində problemi daha da qarışıq vəziyyətə gətirməkdən başqa heç bir iş görmədilər. Azərbaycanlı qardaşlarımız bu müddət ərzində hər zaman münaqişənin dialoq və qarşılıqlı anlaşma ilə həlli üçün səy göstərdilər. Buna rəğmən Ermənistan tərəfi zaman-zaman təxribatları davam etdirmiş, dialoq yollarını bağlayan tərəf olmuşdur.

Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücuma keçəndə Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi və Azərbaycan ordusunun qəhrəmalığı və dastanlara yazılacaq mübarizəsi ilə bu çirkin işğala son qoyuldu. Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar əsasında başa çatdırılması üçün prosesi yaxından izləməkdə davam edəcəyik", - deyə Türkiyə lideri vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər