İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə Ağdam rayonu və Gəncə şəhərinə səfəri başlayıb.
Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində, həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.
Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.