Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Alimpaşa Məmmədov və bir neçə vəzifəli şəxs həbs olunub.