Ermənistanda dözümsüzlük və nifrət zəminində çıxışların və çağırışların sayı olduqca çoxdur. Barışığa çağırış edən hanısa insanları isə satqın hesab edirlər.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, uzun illər ərzində ermənilər yalan və saxtakarlıq üzərində təbliğat aparıblar və bu gün onların çox zəhərli və zərərli tendensiyası üzə çıxır: “Bu dözümsüzlük təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, bu, daha geniş vüsət alıb. Dünya çapında Ermənistan ən çox antisemitizim çağırışları edən ölkədir. Faşist Qaragen Nijdenin və terrorçuların heykəlini İrəvanın mərkəzində qoyanda bu fəlsəfənin acı nəticəsini hər kəs bilməli idi.
Erməni xalqı və cəmiyyəti öz siyasətçilərinin və ideoloqlarının saxta fikirlərindən nə qədər tez canlarını qurtarsalar, bir o qədər yaxşı olar.
Keçmişə, saxta miflərə və düşmənçiliyə yönəlmiş hərəkətlər etmək dünya tarixində hələ heç kimə xeyir gətirməyib. Ona görə də hesab edirik ki, gələcəyə baxmaq lazımdır, Azərbaycan bunun tərəfdarıdır. Erməni xalqı, cəmiyyəti bunu nə qədər tez başa düşsə, regional inkişaf, sülh və təhlükəsizlik üçün o qədər geniş imkanlar yaranacaq”.
Nazir əlavə edib ki, ermənilər xaricdə bizim diasporumuza, dipolomatik nümayəndələrimizə qarşı hücumlar edirlər, təhqiramiz və radikal hərəkətlərə yol verirlər: "Belə aksiyalardan biri Los Ancelesdə keçirildi. Həmin aksiyada Los Ancelesin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər. Bu, cinayət əməlidir və bu cinayət əməlini törədənlər cəzalandırılmalıdır. Biz ermənilərin bu cür radikal və cinayət əməllərini qətiyyətlə pisləyirik”.