Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Sənəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov tərəfindən imzalanıb.