31 İyul 2021 14:30
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasının gündəliyi açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, toplantının gündəliyinə 1 məsələ daxil edilib.

Bu, Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələdir.

İyulun 31-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər