Xəbər verdiyimiz kimi xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs olunub.
Alim Qasımov Teleqraf.com-a açıqlamasında deyib ki, hadisədən məlumatsızdır: "Mətbuat katibimə zəng edin".
Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov xalq artistinin evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.
Elnur Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ittiham olunur.