26 Oktyabr 2021 13:14
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi reyslə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Teleqraf.com-un məlumatına görə, Türkiyə Prezidentinin qarşılanma mərasimi keçirilir.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Prezidenti Vətən müharibəsi nəticəsində azad edilmiş Füzuli rayonunda inşası qısa müddət ərzində başa çatmış beynəlxalq hava limanının açılışında, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək "ağıllı aqropark"ın təməlqoyma mərasimində iştirak edəcək. Səfər çərçivəsində keçirilən görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı addımlar müzakirə olunacaq. Səfər zamanı, həmçinin ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.

* * *

11:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Teleqraf.com-un məlumatına görə, Ərdoğanla birlikdə ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlüd Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Azərbaycana gəlir.

Qeyd edək ki, Türkiyə Prezidenti İlham Əliyevlə Füzuli aeroportunun açılışına qatılacaq, bölgədə salınacaq avtomobil yolu və Zəngilanda “Ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak edəcək.


Müəllif: Teleqraf.com