Düşünürəm ki, ideyalarin müzakirəsi və debatlar üçün belə beynəlxalq forumların təşkili çox yaxşıdır. Beynəlxalq əməkdaşlıq inkişafa fayda verir.
Bunu Teleqraf.com-a açıqlamasında Belçika krallığının keçmiş baş naziri Yives Letirmi “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu" haqqında təəssüratlarını bölüşərkən deyib.
O bildirib ki, bu kimi forumların təşkili vacib addımdır: "İqlimin dəyişməsi, COVID-19 haqqında beynəlxalq debatlara, fikir müzakirələrinə çox ehtiyacımız var. Ölkələrarası münasibətlər sadəcə sərhədlər daxilində qalmalı deyil.
Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə müsbət mənada çox aktiv iştirak edirdi. Əhalisinin təqribən 60 faizdən çoxu peyvənd olunub. Azərbaycanın beynəlxalq mövqeyi, məhsuldarlığı çox yüksəkdir".