Biz qlobal istiləşmə mövzusu ilə bağlı müzakirələr aparırıq.
Teleqraf.com xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Çiril Qaburici “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
Onun sözlərinə görə, bu məsələyə siyasətçilərin münasibət bildirməsi çox yaxşı haldır: “Gələcəyin enerji infrastrukturunun necə görünəcəyinə gəlincə, biz elektrik avtomobillərinin rolunu qeyd etməliyik. Elektrik avtomobilləri havaya daha az karbon qazı buraxırlar. Bu tip istehsalat qlobal istiləşmənin qarşısını ala bilər”.
Çiril Qaburici bildirib ki, bununla belə, iqlim dəyişikliyi dünyanın bütün bölgələrinin prirotetləri sırasında deyil: "İstehlak səviyyəsinin kəskin artmasının bəşəriyyətə ziyan vurub. Biz istehlakın yüksək səviyyədə olduğunu müşahidə edirik. Bəzən həddindən artıq israfçılığın şahidi oluruq. Aramızda çox az adam anlayır ki, biz istehlakı artırdıqca, bu, ətraf mühitə mənfi təsir göstərir. Dövlətlər yeni layihələrə imza atmalıdır, proseslər tənzimlənməlidir”.