6 Noyabr 2021 10:00
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişənin başa çatması ilə Ermənistanın Azərbaycanla ikitərəfli əkdaşlığı üçün fürsət yaranacaq. Azərbaycan Ermənistana sülh müqaviləsi təklifi irəli sürüb. Ermənistan bunu düzgün dərk edib imza atmalıdır. Heç kim buna qarşı çıxmalı deyil və hər kəs məsuliyyəti anlamalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, regionun taleyüklü məsələlərində iştirak etmək Ermənistanın faydasınadır:

"Söz vəd etməklə iş bitməz. Qarşılıqlı anlayış zəminində Cənubi Qafqazın potensialını birlikdə inkişaf etdirməliyik və xalqlar bundan bəhrənməlidir. Türkiyənin iradəsi və gücü var ki, bu prosesə lazımi töhfələr versin".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər