“Total Energies” şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident,
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
“Total Energies” şirkətinin adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan dövlətinin inkişafı və xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulamaqdan məmnunluq duyuram.
Mən “Total Energies” şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa böyük əhəmiyyət verirəm. Bizim şirkətimiz SOCAR-la birlikdə Azərbaycanda enerji sektorunun uzunmüddətli inkişafına töhfə vermək işinə sadiqdir.
Zati-aliləri, gələcək illərdə əməkdaşlığımızın daha da inkişafına və möhkəmlənməsinə ümid edirəm".