19 Noyabr 2014 18:35
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə etimadnaməsini kraliça II Elizabetə təqdim edib.

Teleqraf.com-un məlumatına görə, görüşdə T.Tağızadə prezident İlham Əliyevin salamlarını kraliça II Elizabetə çatdırıb. İki ölkə arasında münasibətlərin inkişaf etdiyini vurğulayan səfir bu vəzifədə olduğu müddətdə Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını söyləyib.

T.Tağızadəyə səfir kimi fəaliyyətində uğurlar arzulayan kraliça II Elizabet prezident İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib və iki ölkə arasında sağlam təməl üzərində formalaşmış dinamik tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Bukinqem Sarayında keçirilən təqdimat mərasimindən sonra Azərbaycanın Londondakı səfirliyində bu münasibətlə qəbul təşkil edilib. Qəbulda xarici ölkələrin Londondakı səfirləri, Lordlar Palatasının üzvləri, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi və ictimai xadimlər iştirak ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər