15 Mart 2022 19:13
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin (BUAK) Mariupol üzrə sədri Afaq Həmidova, ailəsi və daha bir neçə azərbaycanlı mühasirədən çıxarılıblar.

Teleqraf.com xəbər verir ki, bu, Ukrayna və Rusiya arasında razılaşdırılmış "yaşıl dəhliz" vasitəsilə baş tutub.

Qeyd edək ki, A.Həmidova və bir qrup azərbaycanlı ilə Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə nəticəsində Mariupolda mühasirəyə düşmüşdü. Onlarla on günə yaxın idi ki, əlaqə kəsilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər