17 Mart 2022 17:35
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Bakı və İrəvanın sülh müqaviləsi tərtib etməyə hazır olmasını alqışlayır və danışıqlar prosesinə kömək etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bakı və İrəvanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hazırlanmasına başlamağa razı olmasını alqışlayırıq və danışıqlar prosesinə hər cür kömək etmək niyyətimizi bir daha təsdiqləyirik”, - Zaxarova bildirib.

O, əlavə edib ki, sülh müqaviləsinin imzalanma vaxtı barədə danışmaq hələ tezdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər