Noyabrın 25-ə keçən gecə Lənkəran şəhəri ərazisində yağan yağışlar nəticəsində, Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolmuş və vətəndaşların evdən çıxması çətinləşib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb.
Əməliyyat bu gün səhər saat 06:40-da başa çatıb.