Mayın 22-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermınistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək.
Bu formatda görü. ötən il dekabrın 14-də başladı və cari il aprelin 6-da davam edən Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür. Keçirilən görüşlərdə bir sıra mühüm məsələlərlə bağlı razılıq əldə olunmuşdu.
- Sülh müqaviləsinin hazırlanması üzrə işin başlanması;
- Kommunikasiyanın açılmasının sürətləndirilməsi;
- Sərhədin delimitasiyası üzrə birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması;
- Ermənistanın təşəbbüsü ilə onun ilk görüşünün aprelin 29-da Azərbaycan-Ermənistan sərhədində keçirilməsi.
Təəssüf ki, Ermənistanın növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirməsi nəticəsində görüş mayın 7-11-nə keçirildi, daha sonra isə bu tarixlərdə də görüş baş tutmadı. Sonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın TASS agentliyinə açıqlamasında bildirdi ki, Ermənistan komissiyaların görüşünün Moskvada keçirilməsinə hazırdır. Bu, bir daha Ermənistanın müstəqil siyasətinin olmamasının, təzyiqlər qarşısında istənilən razılaşmadan imtina etdiyini göstərir. Eləcə də Rusiyanın maraqlarını Avropa İttifaqına, Avropa İttifaqının maraqlarını isə Rusiyaya asan şəkildə və xəyanətkarcasına satmasının bariz nümunəsidir.
Mayın 22-də keçiriləcək görüşdən gözləntilər nədir? Əvvəlki müzakirələr va razılaşmalara uğun olaraq, gündəlikdə duran əsas məsələlər bunlardan ibarətdir:
- Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması;
- Humanitar məsələlər, o cümlədən mina problemi, birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanılar, kütləvi məzarlıqlar barədə məlumat verilməsi, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələr və s;
Eyni zamanda bu çərçivədə Azərbaycan Prezidentinin qətiyyətli və prinsipial mövqeyi, düşünülmüş siyasət həyata keçirməsi, Azərbaycan tərəfindən 5 bənddən ibarət təkliflər irəli sürülməsi, Ermənistanın təklif adlandırdığı 6 bəndin əslində Azərbaycanın təkliflərinə reaksiya olması kimi məsələlər vurğulanacağı gözlənilir.