18 İyun 2022 00:26
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Enerji mövzusunda Azərbaycana ikitərəfli əsaslarda çoxlu müraciətlər daxil olmaqdadır. Azərbaycan da etibarlı tərəfdaş olmaqla Avropanın xüsusilə enerji güvənliyinin artırılması üçün əlindən gələn səyləri göstərməkdədir”.

Teleqraf.com xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Proseslər o qədər sürətlə dəyişir ki, dünən ağlımıza gəlməyən şeylər bu gün dövlətlərarası münasibətlərdə baş verməkdədir. Təəssüf ki, dünyanın enerji mövzusunda da çox böyük problemləri var. Həmçinin burada qida problemləri də yarana bilər”, - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

“Yenə miqrasiya problemləri ortaya çıxa bilər. Düşünürük ki, bütün bunların fonunda ölkələrin bir araya gələrək, bu məsələləri həll etməsi çox önəmlidir”, - Hikmət Hacıyev əlavə edib.


Müəllif: Teleqraf.com