“Avropa yoxdursa, Azərbaycan və Türkiyəyə gedəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Rusiyalılara Şengen vizalarının qadağan edilməsi təklifi Avropa Birliyində müzakirəyə çıxarılıb. Türkiyə və Azərbaycana, Çin və Taylanda səfər edəcəyik”, - ekspert bildirib.
Korotçenko Rusiyanın Zəngəzur dəhlizi məsələsinə münasibətinə də toxunub:
“Rusiya Federasiyasının Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı mövqeyi belədir: orada heç bir erməni sərhədçisi və erməni gömrükçüsü olmamalıdır. Yalnız Rusiya Federal Təhlükəsizlik Bürosunun (FSB) Sərhəd Xidməti olmalıdır”.