5 Dekabr 2014 10:57
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisə səfər edən deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 4-də Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

AzərTAc xəbər verir ki, ölkənin birinci xanımı görüşdə Qarabağ münaqişəsinə də toxunub: “Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli müstəsna əhəmiyyətə malikdir. Ancaq 23 ildən artıqdır ki, davam edən sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə heç bir müsbət nəticə verməyib. Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə keçirilmiş Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirib. Bu da Ermənistanın təxribat xarakterli addımı idi. Belə addımlar, sözsüz ki, münaqişənin sülh yolu ilə həllinə əngəl törədir”.

Mehriban Əliyeva Azərbaycanın Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb, ümidvar olduğunu bildirib ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaq, işğal olunmuş ərazilər azad ediləcək, qaçqın və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq.

Ölkənin birinci xanımı Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik edir.


Müəllif:

Oxşar xəbərlər