"ABŞ və Fransa Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyillər. Hər iki ölkənin səfirlərinin dəfələrlə dəvət olunmalarına baxmayaraq, onlar Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, bu dəfəki konfransda da ABŞ və Fransa səfirlərinin nümayəndələri iştirak etmir. O vurğulayıb ki, onların bu niyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir.