13 Sentyabr 2022 13:41
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda qərarvermə mexanizmi mürəkkəbdir. Çünki Paşinyan və komandası vəziyyətə tam nəzarət edə bilmir, tək söz sahibi deyil. Maraqlı qruplar çoxdur. Birini də Kreml “Vardanyan” adı ilə təzə oyuna salıb”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Ermənistan müharibə aparmaq iqtidarında deyil:

“Bununla belə, məlum qruplar, əsas da Moskvadan qidalananlar anlayırlar ki, sülh sazişi indi imzalansa, həm Kremlin təsir rıçaqları azalacaq, həm də onların “revanş” hekayəsi bitəcək. Ona görə də, məqsəd böyük sülh sazişinin qarşısını almaq, zaman qazanmaq, bununla da həm güclənmək, həm də Moskvanın təsirlərlərini saxlamaqdır.

Paşinyanın da öz maraqları var, Moskvanın ona güvənmədiyini bilir, amma orbitindən də çıxa bilmir. Ona görə də hər hadisədə KTMT-yə müraciət edir. Təbii ki, onlar da qarışmır, qarışa bilmir. Bununla da öz cəmiyyətinə mesaj verir ki, bu ölüvay qurumdan da, Moskvadan da uzaqlaşmaq işində dəstək olsunlar. Bu gün Ermənistanda anti-Rusiya mövqeyi çox güclüdür və getdikcə güclənir.

Azərbaycan sülh istəyir, biz səmimiyik. Sülh və yolların tam açılması, iqtisadi əlaqələrin yaranması bizim strateji hədəfimizdir. Azərbaycan hakimiyyəti və müxalifətinin sırf bu məsələdə yekdil mövqeyi var deyə, bizdə məhz bu məsələ ilə bağlı xarici oyunçuların daxili oyunbazlıq qurması mümkün olmur. Xalq da sülh istəyir.

Azərbaycan hökumətinin xarici siyasətdə qurduğu doğru və çoxşaxəli ittifaqlar onu deməyə əsas verir ki, Əliyev impulsiv davranmır, başqa dövlətin ərazisi ilə bağlı dünyanı tam üstümüzə qaldıra, haqlı olarkən bizi haqsız duruma sala biləcək addımlar atmaz, atmayacaq. Amma sülhə məcburetmə əməliyyatları da davam edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər