27 Sentyabr 2022 13:30
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəhidlərin azad etdiyi bu torpaqlar, ucaltdığı bu bayraq bizə əmanətdir. Biz onların əmanətlərinə sahib çıxmalıyıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.

O bildirib ki, bu dövlətin yaşaması üçün gənclər vətənpərvər ruhda böyüdülməlidir:

"44 günlük müharibədə ordumuz təkcə düşmənə deyil, onların hegemon himayədarlarının qarşı da döyüşdü. Biz xalq, dövlət, ordu olaraq birləşdik. Xalq ordunun arxasında olarsa, heç vaxt torpaqlarımıza düşmən ayağı dəyməyəcək. Şəhidlərimizin tanıdılması ona görə vacibdir ki, hər kəs bu çətin müharibəni, onun iştirakçılarını tanısınlar. Şəhidlər indi yox, unudulanda ölürlər. Allah şəhidlərimizə rəhmət eləsin".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər