AMEA-nın prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında ‘‘Qarabağ‘‘ adınının beynəlxalq arenada ‘‘Karabakh” kimi təqdim edilməsinin düzgün olmadığını bildirib.
Məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunu baş direktoru Nadir Məmmədli Teleqraf.com-a açıqlamasında bu fikri dəstəkləyib:
"Tamamilə doğru yanaşmadır. ‘‘Qarabağ‘‘ adınının beynəlxalq arenada ‘‘Karabakh” kimi təqdim edilməsinin yolverilməzliyini yavaş-yavaş şüurlara yeritmək lazımdır.
"Q‘‘ hərfi Azərbaycan dili ilə yanaşı rus əlifbasında da var. Türkiyə əlifbasında "q" hərfi yoxdur, ona görə də "Karabağ" deməlidirlər. Sözün Türkiyə əlifbasına görə "Karabağ" kimi təqdim edilməsinə bir söz deyə bilmərik, amma xarici ölkələrin əlifbasında "q" hərfi var. İsa müəllimin fikirləri ilə razılaşırıq və alqışlayırıq.
Müharibə nəticəsində 20 faiz torpağımızı qaytarmışıqsa, ‘‘Qarabağ" adını da ‘‘Karabakh” kimi təqdim edilməsinin qarşısını almaq çətin olmaz".
Nadir Məmmədli Türkiyə adının beynəlxalq arenada təqdim edilməsinə də münasibət bildirib: "Türkiyə" adı artıq bütün beynəlxalq forumlarda Türkey, Turkei, Turquie variantları əvəzinə "Türkiye" kimi qəbul olunub. Bu, doğru yanaşmadır".