28 Noyabr 2022 23:26
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən Yevlaxın Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alan 2006-cı il təvəllüdlü Turan Rüstəmovun oxuduğu məktəbin direktoru danışıb.

Teleqraf.com xəbər verir ki, hadisə ilə bağlı sözügedən məktəbin direktoru Xəlilova Günay “Tehsil.com”a açıqlama verib.

Məktəb direktoru T.Rüstəmovun sakit, tərbiyəli, həmçinin məsuliyyətli şagird olduğunu bildirib:

“Turan barədə bu xəbəri heç gözləmirdik. Hansısa mərdiməzarın qurbanı oldu. Məktəbimiz üçün gözlənilməz, acı xəbərdi. Hələ də özümüzə gələ bilmirik. Dərslərinə bacardığı qədər fəal yanaşırdı. İdman dərsinə çox marağı var idi. Tez-tez anasına “çalışıb məşhur idmançı olacağam, çox pul qazanıb səni işləməyə qoymayacağam” deyirdi. Allah rəhmət eləsin!”


Müəllif: Teleqraf.com