Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.