8 Fevral 2023 13:51
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə və Suriyada baş vermiş zəlzələ ilə bağlı 3-cü dərəcəli fövqəladə vəziyyət elan edib. Bu, ən yüksək səviyyəli fövqəladə vəziyyət sayılır.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri Kluge açıqlayıb.

O qeyd edib ki, təşkilatın Avropa qrupları Qaziantepdə, Ankarada və İstanbulda fəaliyyət göstərir:

“Türk səlahiyyətlilərinin insan həyatını xilas etmək üçün mühüm əməliyyata başlamasını təqdir edirəm. Üzv dövlətlərə böyük həmrəyliklərinə görə minnətdaram. Beynəlxalq ictimaiyyəti dəstəyi gücləndirməyə, Türkiyə hökuməti və ÜST-lə tam koordinasiyanı təmin etməyə dəvət edirəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər