14 Fevral 2023 12:12
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İstintaq Komitəsi bu ilin əvvəlində Qarabağdakı separatçıların “keçmiş müdafiə naziri” general Cəlal Arutyunyanı iki dəfə istintaq orqanına dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, cinayət işi üzrə ibtidai istintaq üzləşdirmə mərhələsindədir. Arutyunyanın Ermənistan silahlı qüvvələrinin rəhbər şəxsləri ilə konfliktdə olduğu da bildirilib.

Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə zamanı separatçıların “müdafiə naziri” olan Cəlal Arutyunyana qarşı ittihamlardan biri N saylı hərbi hissənin 20 artilleriyaçısının ölümü ilə bağlıdır.

44 günlük müharibə zamanı Azərbaycan ordusunun dron əməliyyatı zamanı ağır yaralanan və buna görə tutduğu “vəzifə”dən uzaqlaşdırılan 47 yaşlı Arutyunyana qarşı ittihamın digər hissəsinə görə, məhz onun əməlləri nəticəsində oktyabrın 7-də əks-hücum zamanı erməni birləşmələri çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisi verib, ehtiyatda olan birləşmələr isə döyüşə yararsız vəziyyətə düşüb, atəş mövqeləri Azərbaycan ordusunun nəzarətinə keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər