17 Fevral 2023 15:12
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupu formatı ötən ilin fevralında tarixin zibilliyinə atılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Həmin vaxt amerikalı və fransalı həmsədrlər yalan bəhanə ilə rusiyalı tərəfdaşları ilə əməkdaşlığı dayandırdılar. Bununla bağlı heç vaxt dəqiq izahat verilməyib. Bunu nəzərə alaraq, yüksək səviyyəli müvafiq sazişlər toplusuna əsaslanaraq, üçtərəfli formatlar çərçivəsində İrəvan və Bakıya yardım göstərməyə diqqət yetirmişik”, - Zaxarova bildirib.

Rusiya rəsmisi ABŞ-ın vasitəçiliyi mövzusuna toxunaraq qeyd edib: “Səylərinin real addımları ehtiva etdiyini və hər hansı əlavə dəyərinin olduğunu görmürük”.

Zaxarova Qərb dövlətlərini Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesini pozmaqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər