“Rusiya və KTMT Azərbaycanla Türkiyəyə qarşı müharibə etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş müşaviri general Vladimir Poqosyan deyib.
“Bu gün Rusiyanın bütün iqtisadiyyatı Azərbaycan və Türkiyədən asılıdır, bütün qazı bu ölkələrə axır. Digər yandan, Rusiya Ukraynadakı müharibəni güclə uzadır. Yaxşı, heç uzanmır, amma Azərbaycanla birləşən Türkiyə ilə də uzanmayacaq. Rusiyanın belə qüvvə və vasitələri yoxdur”, - Poqosyan bildirib.