19 Mart 2023 08:24
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.

Teleqraf.com-un məlumatına görə, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.

Hökumət başçısı səmimi arzularını da çatdırıb.

“Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə Castin Trüdo qeyd edib.


Müəllif: Teleqraf.com