29 Mart 2023 00:37
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili, MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

O bildirib ki, MM-in Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafanın ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir:

“İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər!”

Qeyd edək ki, bu gün saat 21:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.

Hazırda Fazil Mustafa 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyata qaldırılıb. TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər