3 May 2023 20:39
5 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçiliyi ilə sülh sazişi imzalasa, bu, Rusiyanın Cənubi Qafqazdan ayrılmasının başlanğıcı olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzetinin analitiki Serob Marutyan yazır.

Ekspert Cənubi Qafqaz uğrunda rəqabətdə ABŞ-ın Rusiyaya qalib gəlməyə başladığını deyir:

“Mayın 1-də başlayan Vaşinqtonda başlayan Azərbaycan-ABŞ-Ermənistan danışıqları həftə boyu davam edəcək. Azərbaycan mətbuatına inansaq, o zaman Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yol xəritəsi qəbul olunacaq. “Amerikanın Səsi” də yazır ki, “Münasibətlərin tənzimlənməsi sazişi” sənədi üzrə danışıqlar aparılır.

Amerika tərəfinin impulslarına və nəşrlərinə əsaslanaraq deyə bilərik ki, Vaşinqton Qarabağ məsələsinin həllində ciddi təşəbbüs göstərmək və “Cənubi Qafqazın sülhməramlısı” titulunu özündə saxlamaq qərarına gəlib. Bu da Rusiyanın regionda mövqelərinin ciddi şəkildə zəifləməsi demək olacaq, bəlkə də bölgədən ayrılma prosesinin başlanğıcı. Bu baxımdan nə Qərbin sülh müqaviləsinin imzalanmasını tez bir zamanda başa çatdırmaq üçün İrəvana təzyiqləri artırması xəbəri, nə də Azərbaycan xarici işlər nazirinin İrəvanı danışıqlara qaytardığına görə rəsmi Bakının Vaşinqtona minnətdar olması barədə açıqlaması təsadüfidir”.

Marutyanın iddiasına görə, Vaşinqtonda müzakirə olunan sənəd ermənilər və azərbaycanlıların regionda dinc yaşamasının və təhlükəsizliyinin təmin edilməsini də ehtiva edir: “Amerika mənbələrinə görə, həmin sənəd kifayət qədər mürəkkəb olacaq, burada etnik azlıqların hüquqları və təhlükəsizliyi də nəzərə alınacaq”.

Müəllif sənəddə Qarabağ erməniləri üçün "xüsusi status"un nəzərdə tutulmadığını da vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər