Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində güzəştə gedib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək üçün bu addımları atıb:
“Amma bir daha göstərdilər ki, səmimi deyillər. Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı qətlə yetirənlərin şərəfinə abidənin (“Nemesis”) qoyulmasını qəbul etmirik”.
Çavuşoğlu əlavə edib ki, Türkiyə tərəfi abidənin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələdə Ermənistana qarşı yeni addımlar atacaq.