15 May 2023 10:00
14 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 100 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 49,35%

Kamal Kılıçdaroğlu - 45,00%

Sinan Oğan - 5,21%

***

01:26

Türkiyədə seçki qutularının 96 %-i açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 49,53%,

Kəmal Kılıçdaroğlu: 44,76%,

Sinan Oğan: 5,30%,

Məhərrəm İncə: 0,47% səs toplayıb.

15.05.2023

23:51

Türkiyədə seçki bülletenlərinin 91.01 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri aşağıdakı kimidir.

Rəcəb Tayyib Ərdoğan - 50,01%

Kamal Kılıçdaroğlu - 44,21%

Sinan Oğan - 5,3%

23:40

Seçki bülletenlərinin 89.27 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, son nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,13%

Kamal Kılıçdaroğlu - 44,09%

Sinan Oğan - 5,31%

***

23:06

Türkiyədə seçki bülletenlərinin 83.75 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, indiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri aşağıdakı kimidir:

Rəcəb Tayyib Ərdoğan - 50,43%

Kamal Kılıçdaroğlu - 43,77%

Sinan Oğan - 5,31%

22:32

Türkiyədə seçki bülletenlərinin 74.91 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, nəticəyə görə prezidentliyə namizədlərin səsləri aşağıdakı kimidir:

Rəcəb Tayyib Ərdoğan - 50,97%

Kamal Kılıçdaroğlu - 43,22%

Sinan Oğan - 5,31%

22:06

Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına başlandıqdan sonra seçki sandıqlarının 57,88 faizi artıq açılıb.

Teleqraf.com xəbər verir ki, sandıqların 57,88%-nin açılmasından sonra respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 51,71% səslə liderdir.

Kamal Kılıçdaroğlu 42,45%, Sinan Oğan 5,32%, Məhərrəm İncə isə 0,52% səs toplayıb.

21:26

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 51,39 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,11 faiz səslə öndədir.

Teleqraf.com xəbər verir ki, ikinci yerdə 42,02 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,34 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 27,23 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 39,39 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 20,72 faiz, Milliyyətçi Hərəkat Partiyası 12,55 faiz, İYİ Partiya 9,34 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.

21:11

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 41,79 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,69 faiz səslə öndədir.

Teleqraf.com xəbər verir ki, ikinci yerdə 41,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,37 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 16,76 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 41,64 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 18,90 faiz, Milliyyətçi Hərəkat Partiyası 13,34 faiz, İYİ Partiya 8,86 faiz, Yaşıl Sol Partiya 8,09 faiz səs toplayıb.

20:42

Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına başlandıqdan sonra seçki sandıqlarının 30,15 faizi artıq açılıb.

Teleqraf.com xəbər verir ki, sandıqların 30,15%-nin açılmasından sonra respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 53,62% səslə liderdir.

Kamal Kılıçdaroğlu 40,42%, Sinan Oğan 5,40%, Məhərrəm İncə isə 0,56% səs toplayıb.

20:04

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 20,02 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,46 faiz səslə öndədir.

Teleqraf.com xəbər verir ki, ikinci yerdə 38,57 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,39 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 46,94 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 15,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,71 faiz, İYİ Partiya 7,32 faiz, Yaşıl Sol Partiya 7,28 faiz səs toplayıb.

19:45

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 15,52 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 56,67 faiz səslə liderdir.

Teleqraf.com xəbər verir ki, ikinci yerdə 37,40 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,33 faiz).

Parlament seçkilərində, ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 67,02 faiz, “Millət İttifaqı” 22,07 faiz, "Əmək və Azadlıq İttifaqı" 6,76 faiz, “Ata İttifaqı” 0,75 faiz səs toplayıb.

19:35

Türkiyədə prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

Teleqraf.com xəbər verir ki, səsvermə bülletenlərinin 10,86 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səs qazanıb.

İkinci yerdə 35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,21 faiz).

Parlament seçkilərində, ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 67,91 faiz, “Millət İttifaqı” 21,75 faiz, "Əmək və Azadlıq İttifaqı" 6,50 faiz, “Ata İttifaqı” 0,71 faiz səs toplayıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər