24 May 2023 16:02
5 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan belə mövqe tutur ki, bizim Azərbaycandan heç bir ərazi tələbimiz yoxdur. Siz jurnalistlərin Azərbaycana ərazi iddiası varmı? Siz deyirsiniz ki, Şuşa Ermənistan ərazisidir? Biz dövlət sərhədlərini və dövlətlərimizə məxsus əraziləri tənzimləməliyik”, - spikerin müavini bildirib.

Arşakyan qeyd edib ki, yalnız Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı danışmaq olar, bu da onlarla Bakı arasında həll edilməlidir. Əlbəttə, o, bununla bağlı “Bakı-Xankəndi formatı” kimi separat xarakterli ifadə işlətməyi də unutmayıb.

Arşakyan vurğulayıb ki, Qarabağ erməniləri dialoq masasında olmadığına görə danışıqların məntiqi dəyişib: “Bu durumda bizim Azərbaycanla ərazi mübahisəmiz olduğu duyulub”.

O söyləyib ki, vaxtilə Robert Köçəryan Ermənistan prezidenti kimi təkcə Ermənistanın deyil, həm də Qarabağ ermənilərinin adından danışıqlara başladığı andan Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olduğu bəlli olub.

Spikerin müavini onu da deyib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın Ali Şurasının qərarına uyğun olacaq: “Əgər bir şey deyilibsə, ona əməl etməlisən, əks halda əksini etməlisən”.

Arşakyanın sözlərinə görə, hökumətin mövqeyi erməni cəmiyyəti üçün başa düşüləndir:

“Ermənistanın bu məsələyə soyuqqanlılıqla, emosionallıq olmadan baxmasına ehtiyac var.

Ermənistan hökuməti Ermənistanın mövqeyini təmsil edir, biz Qarabağın (oranın erməni icmasının) mövqeyini təmsil etmirik. Söhbət təhlükəsizlik sistemindən gedirsə, bu, aydın olmadan sizin ərazi bütövlüyünüzün nədən ibarət olması mümkün deyil”.

Buna Qarabağ ermənilərinin yanaşmasına gəlincə, Arşakyan vurğulayıb ki. bu, Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər