25 May 2023 15:57
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bugünkü danışıqları nəticəsində ən azı iki üçtərəfli sənədin imzalanacağını gözləyir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti diplomatik mənbələrə istinadla yazır.

Qəzet bildirir ki, sənədlərdən biri liderlər Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın 2020-ci ilin noyabrından bəri beşinci üçtərəfli bəyanatı olacaq, ikinci sənəddə isə Cənubi Qafqazda nəqliyyat marşrutlarının açılmasına toxunulacaq.

“Mayın 23-də Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Moskvada görüşüb və regionun iqtisadi və nəqliyyat yollarının blokadadan çıxarılmasını müzakirə edib, - məlumatda deyilir.

Rus nəşri bildirir ki, Bakı üçün Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsi arasında birbaşa logistik əlaqə yaratmaq prinsipial əhəmiyyət kəsb edir.

“Kommersant” yazır ki, son iki gündə Ermənistan, Rusiya və Azərbaycan nümayəndə heyətləri fəal danışıqlara cəlb olunub.

“Kommunikasiya xətlərinin blokadadan çıxarılması ilə bağlı sənədlərdən biri də baş nazirlərin müavinləri tərəfindən hazırlanıb. İkinci sənəd, cənab Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı üç ölkənin xarici siyasət qurumları tərəfindən yekunlaşdırılıb”, - qəzet vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu