Türkiyədə hökumət üzvü olan nazirlər and içir. Azərbaycanda bu təcrübənin olmaması maraqlıdır.
Ümumiyyətlə, vəzifəyə təyin olunan şəxs and içməlidirmi?
Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-a açıqlamasında andiçmənin yaxşı praktika olduğunu deyib.
Onun fikrincə məsul vəzifədə olan şəxslərin and içməsi onun məsuliyyətini artırır: “Bu, olduqca vacib bir sferaya rəhbərlik etməsini, onun üzərinə daha böyük bir mənəvi məsuliyyət qoyduğunu göstərir. Azərbaycanda qanunvericiliyə uyğun olaraq ilk növbədə andiçməni ölkə Prezidenti gerçəkləşdirir, daha sonra hakimlər və digər vəzifəli şəxslər edirlər. Andiçməni daha geniş vəzifəli şəxslər kateqoriyasına aid etmək olar. Nazirlər üçün bu praktika yoxdur. Məncə, olsa, yaxşı olar. Ən azı sabah bu andın məsuliyyətini hamı hiss etmiş ola bilər. Nəticədə and içənlər səmərəli, faydalı xidmət göstərməyə cəhd edər”.