6 İyul 2023 20:38
3 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Parislə münasibətləri normallaşdırmağa hazır idi, amma Makronun son açıqlamaları normallaşma ümidlərinin üstündən xətt çəkdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə Azərbaycan əleyhinə açıqlamaları, o cümlədən “mən Nikol Paşinyandan daha çox İlham Əliyevə təzyiq edirəm” sözləri Fransa-Azərbaycan münasibətlərinin normallaşma imkanlarına zərbə vurdu. Halbuki Fransa xarici işlər naziri Ketrin Kolonna apreldə Azərbaycana səfəri zamanı iki ölkə arasında əməkdaşlığın genişlənməsi barədə danışmışdı. Bakı Parislə münasibətləri normallaşdırmağa hazır idi. Ancaq Emmanuel Makronun Marseldəki açıqlamaları normallaşma ümidlərinin üstündən xətt çəkdi.

Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq Qoşulmama Hərəkatının Bakı toplantısında sərt tənqid etdiyi Fransanın adını 17 dəfə çəkib. Dövlət başçısı çıxışında bir başqa dövlətin adını mənfi mənada çəkməyib. Bakıda konfransa Fransanın müxtəlif adalardakı koloniyalarının nümayəndələri də iştirak etdilər. Onlar da çıxışlarında Fransanın sərt tənqid ediblər. Bakıda onların iştirakı ilə dəyirmi masa və Fransanın kolonist siyasətinə aid fotosərgi keçirilib. Evin şüşədəndirsə, başqasına daş atma”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər