9 İyul 2023 10:52
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Peşə bayramımız münasibətilə ölkəmizin mənafeyinin keşiyində duran həmkarlarımızı təbrik edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdəki hesabında yazıb.

“Bu gün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.

Peşə bayramımız münasibətilə ölkəmizin və xalqımızın mənafeyinin keşiyində duran həmkarlarımızı səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.

Bayramınız mübarək!”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər