11 Yanvar 2015 12:20
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azerspace 1"-in resursları "Robust Noise Monitoring" (RNM) monitorinq sistemlərinin diaqnostikası və idarə edilməsi stansiyaları arasında məlumatların mübadiləsi üçün cəlb ediləcək.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bu barədə AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan məlumat verilib.

İnstitut Azərbaycanın peyk operatoru "Azerkosmos" MMC ilə əməkdaşlıq imkanlarına baxır və bu əməkdaşlığın detalları müvafiq sazişin imzalanmasından sonra məlum olacaq.

Hazırda monitorinq sistemi stansiyalarının arasında informasiya mübadiləsi üçün Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə hazırlanmış xüsusi proqram təminatından (PT) istifadə olunur. PT seysmo-akustik siqnalların bilavasitə institutun serverinə ötürülməsini təmin edir.


Müəllif:

Oxşar xəbərlər