20 Avqust 2023 17:42
3 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusu Qarabağın dağlıq hissəsində hərbi əməliyyatlara başlasa, heç kim onu dayandırmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

Abramyan bu qənaətə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı son sessiyasının nəticələrindən gəlib. Onun sözlərinə görə, ümumi müzakirələrlə yadda qalan toplantıda heç bir dünya gücü Qarabağ məsələsinin hərbi yolla həllinin olmadığını qəti şəkildə dilə gətirməyib.

Abramyan Azərbaycan ordusunun lazım gəldikdə hərbi əməliyyatlara başlayacağını istisna etmir.

“Azərbaycanın mümkün hərbi əməliyyatlarının qarşısı heç bir beynəlxalq aktor tərəfindən alınmayacaq. Azərbaycana qarşı heç bir aktorun ciddi müqaviməti yoxdur”, - erməni deputat bildirib və qeyd edib ki, bundan əvvəl də belə olub.

Ermənistan hökumətinin mövqeyinə gəlincə, Abramyan İrəvanın artıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını söyləyib.

Beynəlxalq hüquq, o ərazilər üzərində suverenlik hüququ bizim tərəfimizdə olarkən, bizi kim ittiham edə bilər? Abramyanın "unutduğu" budur. Ümid bəslədikləri BMT Təhlükəsizlik Şurası vaxtilə bizi yox, məhz Abramyanın ölkəsini - Ermənistanı işğalçı kimi tanıyıb. Azərbaycan ərazilərini işğal etdiklərinə görə.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər