22 Avqust 2023 15:26
5 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsas odur ki, çıxılmaz vəziyyətdən çıxasınız. Belçika həm İrəvanda, həm də Bakıda eyni mövqedən çıxış edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Belçika xarici işlər naziri Haca Lahbib deyib.

“Ermənistan və Azərbaycanı Vaşinqtonda və ya başqa yerlərdə danışıqlar masasına qayıtmağa çağırırıq”, - nazir bildirib.

Lahbib Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bəyanatını alqışladığını söyləyib.

“Bu gün müxtəlif formatlar fəaliyyət göstərir, müxtəlif ölkələr danışıqlarda iştirak edir: Rusiya, ABŞ, Avropa İttifaqı. Ən yüksək səviyyədə danışıqlar əskikliyi yoxdur, bunları yerindəcə həyata keçirmək iradəsi yoxdur. Ona görə də üzbəüz görüşlərdə ekspert komissiyalarının olmasının vacibliyini vurğuladıq. Mən bu barədə Bakıda da danışacam ki, bu, düşmənçiliyə son qoya biləcək və iki xalq arasında real barışıq və etimadın yaranmasına imkan yaradacaq”, - Belçikanın baş diplomatı əlavə edib.

Haca Lahbib İrəvandan sonra Bakıya gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər