30 Avqust 2023 16:48
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəfələrlə demişik ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan və təkrarlanmayan, üstəlik, həmin səylərə xələl gətirməyən istənilən təşəbbüsü alqışlayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanın Bakı ilə İrəvan arasında “vasitəçilik səyləri” barədə danışarkən deyib.

“Digər yandan, biz Fransanın bu istiqamətdə fəaliyyətini yaxşı bilirik, belə vasitəçilik səylərində ilk növbədə münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Zatən, qızğın vəziyyətində bunun həllində hər hansı irəliləyiş gözləməyə dəyməz”, - Zaxarova bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər